Bakının Yasamal rayonunda mənzildə 91 yaşlı kişi meyiti tapılıb. Bu barədə 30 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, sözügedən şəxs mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bildirilib ki, mənzildə aşkarlanan 1931-ci il təvəllüdlü şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.