Bakıda mənzildə qadın meyiti aşkarlanıb. Bu barədə 30 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, paytaxtın Nizami rayonunda sözügedən şəxs mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bildirilib ki, mənzildə aşkarlanan 1949-cu il təvəllüdlü şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.