Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindəki mənzildə yanğın baş verib. Bu barədə iyunun 15-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Ümumi sahəsi 75 m² olan mənzilin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.