Bakıda mənzildən 62 000 dollar oğurlanıb. Bu barədə mayın 23-də Report-a DİN-dən məlumat verilib.
Xətai Rayon Polis İdarəsinə M. Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 dolların oğurlanması barədə müraciət daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Camal Sultan saxlanılıblar.
Araşdırma aparılır.