Bakıda 18 may tarixində Avropa, Asiya və ölkəmizin sahibkar qadınlarına həsr olunmuş SHE Congress adlı tədbir keçiriləcək. Bu barədə 15 may tarixində Azərbaycan İşgüzar Qadınlar səhifəsində paylaşım edilib.
Görüşdə biznes və digər sahələrdə uğur qazanmış qadınlar öz təcrübələrindən danışacaqlar. Tədbirin adındakı SHE abreviaturası üç ingilis sözünün baş hərflərini birləşdirir: “Smart”, “Happy”, “Elegant”. Onlar “Ağıllı”, “Xoşbəxt”, “Zərif” kimi tərcümə olunurlar.
Qeyd olunub ki, SHE Congress formatı 2014-cü ildə Kiyevdə yaradılıb və 2017 və 2019-cu illərdə Bakıda keçirilib.
Tədbir Marriott Absheron hotelində baş tutacaq. Proqramla link-ə keçid edərək tanış ola bilərsiniz.