Paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub. O, 6 il azadlıqdan məhrum edilib. Bu haqda iyunun 7-də Trend məlumat yayıb.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Həmin vətəndaş 2021-ci il sentyabrın 2-də saxlanılıb. Onun üzərindən 4 ədəd şəffaf sellofan bükümdə olan metamfetamin aşkar edilib.
Sözügedən şəxs “külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması” maddəsilə ittiham olunub.