Bakıda ödəmə terminalından pul oğurlayan şəxslər saxlanılıb. Bu barədə iyunun 23-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Paytaxt sakinləri İ.Mirzəyev və F.Sədullayev Qala qəsəbəsində yerləşən marketlərin birində quraşdırılan “E-Manat” ödəmə terminalından 1 000 manat pul, digər mağazadan isə 211 manat pul, 1 289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.