Bakının Yasamal rayonunda mənzildə ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Bu haqda Report-a FHN-dən bildirilib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin “yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq davam etdirilir. Müvafiq ekspertiza təyin olunub.
Hadisə mayın 17-də saat 22 radələrində paytaxtın Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verib. Yanğın nəticəsində 7 nəfər xilas olunub,1 nəfər isə ölüb.