2022-ci ilin yanvar-mart aylarında Bakı şəhəri üzrə işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,3% artaraq 1 040,9 manat təşkil edib. Bu barədə məlumat Bakı Şəhər Statistika İdarəsinin 26 may tarixinə olan hesabatında əks olunub.