Ötən il ərzində Bakıda 11 erkən nikah qeydə alınıb. APA xəbər verir ki, bunu oktyabrın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
Onlardan 6-sı Qaradağ, 3-ü Xəzər, 1-i Nərimanov, 1-i isə Nəsimi rayonunda olub. Bildirilib ki, erkən nikaha ailənin maddi vəziyyəti və bölgə ənənələri gətirib çıxara bilər.
“Bu kimi hallar aşkar olunan kimi biz dərhal həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edirik", - deyə qurumun rəsmisi əlavə edib.