Bakının Binəqədi rayonu, R.Behbudov küçəsində yerləşən “Dendroloji park”da yanğın törədən Emil Səmədov saxlanılıb. Bu barədə iyunun 21-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Onun iyunun 14-də qəsdən törətdiyi yanğın nəticəsində 500 m² sahədə quru ot yanıb.
Emil Səmədov barəsində toplanmış materiallar polis idarəsinə göndərilib.
[gallery columns="1" link="file" size="full" ids="55024"]