Bakıda 16-18 iyun tarixlərində "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək. Bu barədə 10 may tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, “Baku Crystal Hall”da keçiriləcək tədbirdə 200-ə yaxın şirkətin iştirakı nəzərdə tutulub. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər və məhsullar nümayiş olunacaq.
Sərgi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün linkə keçid edə bilərsiniz.