Bakının Xəzər rayonunda avtomobil piyadanı vurub. Bu haqda Report iyulun 1-də məlumat yayıb.
Məlumata görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, Binə qəsəbəsində piyada keçidində avtomobil yolu keçən 1978-ci il təvəllüdlü qadını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.