Bakının Nəsimi rayonunda polis maşını “Mercedes”ə çırpılıb. Bu barədə mayın 26-da APA məlumat yayıb.
Hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub. Bu zaman post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobil ona çırpılıb.
Qəza zamanı iki polis əməkdaşı və “Mercedes”in sürücüsü ağır bədən xəsarətləri alıblar.