Sabah Bakıda Polşa-Azərbaycan biznes forumu keçiriləcək. Bu barədə 19 oktyabr tarixində Report məlumat verib.
Forum iki ölkə arasında biznes sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.
Qeyd olunub ki, daha əvvəl Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bu il oktyabrın sonunda Bakıda iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdi.