Bakıda qadın özünü 9-cu mərtəbədən atıb. Bu barədə 14 may tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə Yeni Günəşli qəsəbəsinin V massivində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü qadın binanın 9-cu mərtəbəsinin eyvanından özünü yerə atıb. O, xəstəxanaya çatdırılıb, lakin orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.