Bakıda 13-15 may tarixlərində 46-cı "Əl Əməyi Göz Nuru" əl işlərindən ibarət satış-sərgisi keçiriləcək. Bu barədə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, sərgi Park Bulvar ticarət mərkəzində keçiriləcək. Tədbirdə sahibkar qadınların hazırladıqları müxtəlif çeşidli məhsullar nümayiş etdirilib satışa çıxarılacaq.