Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə mayın 28-də Report məlumat yayıb.
Hadisə bu il fevralın 23-də Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, Samir Sadıqov tanışı Sevinc Cəfərovanı yaşadığı evdə qətlə yetirib.
Daha sonra cinayətkar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsilə ittiham irəli sürülüb.