Bu gün Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü İllik Toplantısı öz işinə başlayır. Bu barədə 23 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, Toplantıda QDTİB-yə üzv dövlətlər - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edir. Bildirilib ki, 2021-ci il üzrə maliyyə hesabatları təsdiq olunacaq. Həmçinin kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər müzakirə ediləcək.
İyunun 24-də isə İllik Toplantı çərçivəsində Biznes Forum təşkil ediləcək. Forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq.