Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə iyunun 22-də Report xəbər yayıb.
Belə ki, Nizami rayonunda 1997-ci il təvəllüdlü Hüseynov Hüseynağa yolu keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Digər bir hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Əmirova Əminəni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisələrin təfərrüatları araşdırılır.