Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Bu barədə iyulun 1-də Trend məlumat yayıb.
İnsident Bilgəh yolunda qeydə alınıb. Minik avtomobili Bakı Nəqliyyat Agentliyinə məxsus marşrut avtobusu ilə toqquşub.
Nəticədə minik maşınının sürücüsü müxtəlif bədən xəsarətləri alıb. İlkin məlumata görə, həlak olan yoxdur.