Bakıda körpünün üstündə qəza olub. Bu səbəbdən yollarda sıxlıq yaranıb.
Bu haqda iyunun 8-də Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.
Paytaxtın Ziya Bünyadov prospektində Qara Qarayev prospekti istiqamətindəki körpünün üzərində baş verən qəza sıxlığa səbəb olub.