Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində baş verən qəzada 2 nəfər yaralanıb. Bu haqda iyunun 2-də APA məlumat yayıb.
“Toyota” markalı avtomobil “Niva” markalı avtomobilə çırpılıb.
Nəticədə “Niva”nın sürücüsü və azyaşlı sərnişini ağır xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.