Bakıda Nizami rayonunun Babək prospektində qəzada 4 avtomobil toqquşub, 2 nəfər yaralanıb. Bu haqda iyunun 6-da APA məlumat yayıb.
“Hyundai” markalı maşının sürücüsü əvvəlcə “Daewoo”, daha sonra “Toyota” və “Mercedes” markalı avtomobillərə çırpılıb.
Yaralılar 3 nömrəli Sabunçu xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.