Bakının Sabunçu rayonunda restoranda yanğın olub. Bu barədə 13 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, ümumi sahəsi 350 kvadratmetr olan restoran binasının havalandırma qurğusunda kömür filtri və yağ qalıqları yanıb.
Yanğın söndürülüb.