İyulun 1-i gecə saatlarında Bakıda avtomobil şadlıq sarayının qarşısındakı maşına çırpılıb. Bu barədə APA məlumat yayıb.
Hadisə Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində qeydə alınıb. “Mercedes” avtomobilinin sürücüsünün bildirdiyinə görə, onun idarə etdiyi maşın “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisəni törədən “Hyundai”ın sürücüsü ərazidən uzaqlaşıb.
“Mercedes” markalı avtomobil isə şadlıq sarayında olan insanlara məxsus “Lexus”, “Hyundai” və “Mercedes” markalı maşınlara çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Hazırda hadisəyə səbəb olan “Hyundai”ın sürücüsü axtarışdadır.