Bakıda marşrut xətti üzrə hərəkət edən avtobus qəza törədib. Bu barədə iyunun 22-də Qafqazinfo məlumat paylaşıb.
Hadisə Xətai rayonunun Seyid Əzim Şirvani küçəsində baş verib. 81 nömrəli “Karsan” markalı avtobus minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobili aşıb və yararsız hala düşüb, avtobusa isə ciddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.