Bakı şəhərinin Səbail rayonunda yanğın olub. Bu barədə 20 iyul tarixində APA Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.
Bildirilir ki, bir dam altında tikilən və ümumi sahəsi 400 kvadratmetr olan müxtəlif təyinatlı obyeklərdən sahəsi 100 kvadratmetr olan taxta sexinin tavanı 5 kvadratmetr sahədə, taxta materiallar 20 kvadratmetr sahədə və divardan keçən elektrik kabeli 3 p.m yanıb.
Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.