Bakıda 34 yaşlı stilisti qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda iyulun 5-də Report məlumat yayıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Hadisə bu ilin martında Xətai rayonunda baş verib. Orxan Seyidov aralarında yaranmış münaqişə zamanı adıçəkilən şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
P.Həsənov “qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə” maddəsilə ittiham edilib.