Paytaxtın Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Kozlovskaya Nina Yevgenyevnaya məxsus süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə 6 iyun tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Məlumata əsasən, sözügedən müəssisədə sanitar-gigiyenik vəziyyətə və temperatur rejminə riayət olunmurdu. Həmçinin qatıq və dovğa məhsullarının tərkibi ilə etiketlənməsində uyğunsuzluqlar, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan məhsullar aşkarlanmışdır.
Süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.