Bakıda sürücülük vəsiqəsi olmayan sürücü piyadanı vuraraq öldürüb. Bu barədə APA 3 iyul tarixində xəbər verib.
Hadisə Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.
Abdullayev Sadiq İlham oğlu etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən piyada Çimnaz Məmmədovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.