Bakıda 2021-2022-ci tədris ilində 92 məktəbdə təmir işləri yerinə yetirilib. Bu haqda iyunun 13-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya bildirilib.
4 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub, ehtiyac olan ərazilərdə (Hövsan, Binə, Xocasən qəsəbələrində və Yeni Yasamal Yaşayış Massivində) isə 8 yeni məktəbin tikintisi bitib.
Hazırda 5 məktəbdə təmir işləri davam edir.