Bakıda tanışını qətlə yetirən Şəmşad Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Report-dan verilən məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə bu ilin yanvarında paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Şəmşad Əhmədov mübahisə zamanı bıçaqla 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib.
Onun barəsində Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsilə ittiham irəli sürülüb.