Bakıda tarixi memarlıq abidəsi olan binanın dam örtüyündə sahibkar tərəfindən inşa edilən mansard sökülür. Bu haqda iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətinə istinadən APA xəbər verib.
1880-ci ildə inşa edilən bina Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında yerləşir.
İcra Hakimiyyətindən bildirilib ki, sahibkara ciddi xəbərdarlıq edilib və hazırda həmin qanunsuz tikili sökülür.