Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən bu gün, 28 iyun tarixində məlumat verir.
Hal-hazırda yollardakı vəziyyət:
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.