Bakıda insanlar HƏMAS və “İslami Cihad”ın İsrailə hücumu ilə bağlı yəhudilərə dəstəklərini göstərməyə davam edirlər. Bu barədə İnsanoid bu gün, 9 oktyabr tarixində xəbər verir.
Böyüklərlə yanaşı, uşaqlar da İsrailin Bakıdakı səfirliyinə gül və oyuncaq gətiriblər. Səfirliyin önünə gələn sakinlər onun qarşısına güllər və şamlar qoyurlar.
Həmçinin yəhudi icmasının üzvləri səfirliyin önünə gələrək ölənlərin ruhuna dualar oxuyublar.
Oktyabrın 8-də axşam saatlarında İsrail səfiri və onun müavini həmrəylik ifadələrinə görə Azərbaycan xalqına təşəkkür ediblər.
[video width="1920" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/10/insanoid333.mp4"][/video]