Bakı şəhərinin Nəsimi rayonunda avtomobil yanıb. Bu barədə 4 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, “Audi” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Gəncə şəhərinin Hacıkənd qəsəbəsində isə "Toyota" markalı minik avtomobilinin ön hissəsi qismən yanıb.
Avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.