Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə iyunun 30-da “Azərsu” ASC məlumat yayıb.
Eyni zamanda Bakının Qaradağ rayonunda, Səbail və Binəqədi rayonlarının bir hissəsində su kəsiləcək.
İntensiv yağıntılara görə Kürdə bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb. Adıçəkilən ərazilərdə suyun olmaması bununla bağlıdır.