Bakının Sabunçu qəsəbəsində ötən gün avtomobilin vurduğu piyada mayın 6-da xəstəxanada dünyasını dəyişib. Bu barədə Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Mayın 5-də “Toyota” markalı avtomobil yolu keçən Ucar rayon sakinini vurub. Piyada xəstəxanaya yerləşdirilib, lakin daha sonra vəfat edib.
Faktla bağlı araşdırma davam edir.