Bakının Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə mayın 19-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın Füzuli küçəsində qeydə alınıb. Hadisə yerinə FHN qüvvələri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.