Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yanğın baş verib. Bu barədə iyunun 29-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Sahəsi 120 m² olan mənzilin mətbəxində elektrik soba, paltaryuyan maşın, qaz sobası və mebel yanıb. Yanğın zamanı 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.