Bakıda yataqxana binasında yanğın baş verib. Bu barədə iyunun 16-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə Yasamal rayonunda sökülməkdə olan beşmərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb. 20 m² olan otağın yanar konstruksiyaları yanıb.
Binanın qalan hissəsi alovdan mühafizə olunub. Yanğının söndürüldüyü bildirilir.