Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 17 iyul tarixində Report məlumat verib.
Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Kamal Cəlilovun idarə etdiyi "Hyundai HD 120" markalı yük avtomobili Fərrux Fəttayevin idarə etdiyi mopedlə toqquşub. Hadisə nəticəsində ağır xəsarət alan moped sürücüsü xəstəxanaya yerləşdirilib. O, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.