Bakıda yük avtomobillərinin hissələri sökülərək oğurlanıb. Bu haqda iyunun 14-də Daxili İşlər Nazirliyindən Lent.az-a məlumat verilib.
Belə ki, 2 avtomobildən 40 000 manat dəyərində hissələrin sökülməsi haqda polisə müraciət daxil olub. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.