AZAL 2022-ci ilin yay mövsümündə Türkiyənin Antalya şəhərinə uçuşların sayını artıracaq. Bu haqda məlumat iyunun 20-də aviaşirkətin Facebook hesabında paylaşılıb.
İyulun 2-dən etibarən Bakı-Antalya-Bakı marşrutu üzrə reyslər bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə yetiriləcək. Uçuşların sayı həftədə 19-dək artırılacaqdır.
Qiyməti 335 manatdan başlayan aviabiletləri AZAL-ın saytından və yaxud akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.