Tovuz rayonunda oktyabrın 15-də yol qəzası baş verib. Bu barədə APA xəbər yayıb.
Hadisə Bakı-Qazax magistal yolunda qeydə alınıb. Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla yük maşını toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb.
Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.