AZAL Təl-Əvivə uçuşları bərpa edir. Bu haqda bu gün, 8 oktyabr tarixində İnsanoid Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
10 oktyabr tarixindən etibarən Azərbaycanın yerli aviaşirkəti İsrailə və əks istiqamətdə uçuşları bərpa edəcəyini bildirib.
Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək. Sərnişinlərdən əlavə məlumat əldə etmək üçün rəsmi çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.
Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildilrib.