Bu gündən Bakının 14 parkında “İctimai Wi-Fi” xidməti dayandırılır. Bu haqda iyunun 29-da APA məlumat yayıb.
“İctimai Wi-Fi” xidməti paytaxtın “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun, Qış parkının, Sabir bağının, Xaqani bağının, Axundov bağının, Zabitlər parkının, Hüseyn Cavid parkının, Dədə Qorqud parkının, İzmir parkının, Sahil bağının, Səməd Vurğun bağının, Muğan bağının, “Fashion Avenue” küçəsinin ərazisində və Beynəlxalq Avtovağzalın perronunda işləməyəcək.
Dənizkənarı Milli Parkda, Dövlət Bayrağı Meydanında və Heydər Əliyev Mərkəzinin parkında göstərilən “İctimai Wi-Fi” xidmətinin təkmilləşdirilməsi nəzərdə tutulur.