Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə iyunun 9-da Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Həmin küçə və prospektlər aşağıdakılardır:
- Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər;
- Xətai prospektinin Firdovsi Məmmədov küçəsi ilə kəsişməsindən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Təhsil Nazirliyinin yanı, eyni zamanda, Heydər Əliyev prospekti istiqamətində;
- Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən Gülarə Qədirbəyova küçəsi istiqamətində;
- Gülarə Qədirbəyova küçəsində Xətai prospeki ilə kəsişmə istiqamətində;
- Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində;
- Səməd Vurğun küçəsində, Zabitlər parkının yanından Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, Yusif Vəzir Çəmənzəminli küçəsi istiqamətində;
- Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində;
- Təhsil Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin Əliəşrəf Əlizadə küçəsi ilə kəsişməsindən Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində.