Bakının Nərimanov rayonu ərazisində Əliəşrəf Əlizadə və Tələt Şıxəliyev küçələri əsaslı təmir edilib. Bu barədə 13 oktyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Küçələrin uzunluğu müvafiq olaraq 1 230 metr və 340 metr təşkil edir.
Eni 7 metr təşkil edən Tələt Şıxəliyev küçəsində yeni səki daşları düzülüb, piyada səkiləri bərpa olunub.
Bu il Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edib.